DİŞ MƏCUNU ALARKƏN DİQQƏT EDİN – TƏRKİBİNDƏ SİÇAN ZƏHƏRİ VARbackend

DİŞ MƏCUNU ALARKƏN DİQQƏT EDİN – TƏRKİBİNDƏ SİÇAN ZƏHƏRİ VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllərdir istifadə etdiyimiz diş məcunları bizi yavaş-yavaş zəhərləyir. Diş məcununu udmaq olmaz, niyə? çünki tərkibində siçan zəhəri – flüor var. Məcun alarkən tərkibini mütləq yoxlayın. Hətta İsrail ölkəsinə flüor tərkibli məcunların daxil olmasını qadağan edib.

NOCOMMENT.az Tribunainfo.az-a istinadən xəbər verir ki, xüsusəndə reklamlarda gördüyümüz marka diş məcunları zəhərlə doludur. Diş məcunlarının tərkibində flüordan əlavə digər zərərli maddələr də tərkibində var. Bu madəlləri bir kənara yazın!

dikalsiyum fosfat, sodyum metafosfat, zirkonyum,
sodyum loril sülfat, sodyum karboksimetil,
selüloz, karajenen, ksantin, alginat
gliserol, sorbitol, proplen glikol
alkol, triclosan, benzoart, formaldehit ve florür

Natrium florid: Həm siçovul zəhərinin, həm də diş pastasının əsas komponentlərindən biridir. Diş həkimləri bu maddəni illərdir çürüklərin qarşısını almaq üçün tövsiyə etdiyi üçün diş təmizləyici vasitələrin tərkibinə daxildir. Bununla belə, ən məşhur diş pastalarının tərkibində 120 qramda kifayət qədər natrium flüorid var ki, tamamilə istehlak edildikdə 2-4 saat ərzində kiçik bir uşağın ölümünə səbəb ola bilir. Hətta bu maddəni içdiyimiz suya belə qatırlar. Ona görə də, imkan çərçivəsində çalışın krant sularından içmək üçün istifadə etməyin. Flüor bir ferment və hormon inhibitorudur. Sinir sistemi ilə yanaşı həzm sisteminə də təsir edir. Ftorid sümüklərin və dişlərin kövrəkləşməsinin əsas səbəbi olmaqla yanaşı, diş minasında ağ, açıq boz və ya qəhvəyi ləkələrə səbəb olur. Flüor diş minasının təbii formalaşmasını pozur. Flüorapatit olaraq daha kövrək, saxta diş minası yaradır. Bu saxta diş minası adi diş minasından daha yaxşı uzunmüddətli diş çürüməsinə qarşı qorunma təmin etmir. Bakteriyalara qarşı güclü maneə dişlərin çürüməsinin qarşısını almır, əslində minerallarla zəngin qidalanma vərdişləri balanslaşdırılmış bədən kimyası yaradır və sümüklərə və dişlərə lazımi gücü təmin edir. Flüor beyin və böyrəklərə ziyan vurur, I.Q. azalmasına səbəb ola bilər. Hamilə qadınlarda plasental baryeri keçə bilər. Suyun flüorlaşması xərçənglə əlaqələndirilir. 1977-ci ildə ABŞ Milli Xərçəng İnstitutunun baş kimyaçısı Dr. Dean Burk və Təhlükəsiz Su Fondunun prezidenti Dr. John Yiamouyiannis sübut etdi ki, suyun flüorlaşdırılması xərçəng riskini artırır. Onların araşdırmasına görə, 350.000 xərçəng ölümünün onda biri kran suyunun flüorlaşması ilə bağlıdır.

Natrium Lauril Sülfat (SLS): Yəqin ki, şəxsi təmizlik məhsullarında tapılan ən təhlükəli maddə SLS-dir. Köpürmə effektinə malik olduğu və pastaya işlək görünüş verdiyi üçün diş pastalarına əlavə edilir. Lakin araşdırmalar onun dəriyə çox zərərli təsirləri olduğunu göstərib.

Triklosan: Yuyucu və diş pastalarında tez-tez rast gəlinən bu kimyəvi maddə antibakterial xüsusiyyətlərə malikdir. Bununla belə, onun formulası və quruluşu ən zəhərli kimyəvi maddələrin bəzilərinə çox oxşardır. Bu səbəbdən onun insan sağlamlığına mümkün zərərli təsirləri diqqətlə müşahidə edilir.

Bəs dişlərimizi nə ilə təmizləyək? – deyə soruşsanız həkimlər apteklərdə toz halında satılan keçmişdə istifadə olunan diş tozlarını məsləhət görürlər. Orqanik və bitkilərdən hazırlanmış diş məcunlarından, misvakdan istifadə edə bilərsiniz.