İnsanlar arasında cavanlıq hüceyrəsi kimi adlanan və məşhur olduğu qədər özündə bir çox sirləri daşıyan Kök Hüceyrəsi barəsində cəmiyyətdə hələ də çox saylı suallar səslənməkdədir. Kök Hüceyrə proseduru ölkəmizdə yeni olduğu üçün əhali arasında bir çox sualların yaranmasına səbəb olur.
NOCOMMENT.az ənənəvi olaraq Ağrı Müalicə Mərkəzinin rəhbəri, Alqoloq-ağrı həkimi Vüsal Eyvazova üz tutduq.
Doktor, dişlərin çürüyərək tökülməsi, üz və bədəndəki yaralar, çapıqların sağalmasında Kök Hüceyrə proseduru nə dərəcədə effektivdir?
– Kök hüceyrə bu gün nəinki bütün dünyada oynaq, qığırdaq və sümük patalogiyalarında istifadə edilir, hətta kosmetologiyada da istifadə olunur. Bizim Ağrı Müalicə Mərkəzi olaraq yaxın gələcəkdə kosmetoloji, cavanlaşma üsulu olan hazır kök hüceyrələri xəstənin özündən alıb istənilən bölgənin qırışlarını bərpa edərək hamarlaşmasında bunların icrasına başlayacayıq. Bu gün bütün dünyada bu üsuldan istifadə olunur.
Trofik yaralar, şəkərli, damar problemli yaralar və infeksiya səbəbindən baş verən sağalmayan yaraların müalicəsində də kök hüceyrədən ideal bir nəticələr əldə etməklə istifadə olunur. Bu zaman kök hüceyrə bir başa yara olan nahiyəyə və sağalmayan yaraların ətrafına ineksiya şəkilində icra etməklə həmin toxumanın qısa bir zamanda artıb çoxaldaraq bağlanmayan yaraların sağalaraq əvvəlki sağlam vəziyyətinə gətirilməsi ilə yüksək nəticələr əldə etmək mümkündür.
Lakin Kök Hüceyrələrdən bu gün bizim Ağrı Müalicə Mərkəzimizdə hələ ki, sırf oynaq və qığırdaq yeyilmələrində, ovaskulyar nekrozda, oynaq çürümələrində geniş şəkildə istifadə edirik.
Bəzən insanlar müraciət edirlər ki, onurğamda da oynaq problemim, ostrexondroz, disklərdə yeyilmə və “qrija”m var, burada da kök hüceyrə proseduru olarmı olmazmı deyə müraciət edirlər. Çox təəssüf ki, bu gün tibb bunun geniş şəkildə istifadəsinə imkan vermir, amma onurğa, bel və boyun nahiyələrində sinir qırılmaları kimi iflic olmuş xəstələrdə tətbiqi mümkündür. Sözsüz ki, sinir sistemi də birləşdirici toxumanın bir növüdür və normalda kök hüceyrə ora da kömək etməlidir. Hazırda bu istiqamətdə heyvanlar arasında ilkin araşdırmalar aparılır.
Kök hüceyrə siniri belə bərpa etmək imkanı var, amma dünya səhiyyəsi bunun insanlar üzərində tətbiqinə icazə vermir. Düşünürəm ki, yaxın 5-10 ildə bunun da istifadəsinə icazə veriləcək.
Bu gün əsasən diz, bud çanaq, digər xırda oynaqlarda, əl, bilək, çiyin oynaqlarında, ümumiyyətlə istənilən oynaqlarda olan ortrozda (yeyilmədə) kök hüceyrə köçürülməsi mümkündür.
Sual yarana bilər ki, nədən bel fəqərələrində, oynaqlarda olan ortrozlarda istifadə olunmur. Yeri gələrsə bunlarda da istifadəsi mümkündür. Lakin bunun ilk olaraq müayinə edərək nə dərəcədə ehtiyac olduğunu dəyərləndirmək və bundan sonra kök hüceyrə haqqında qərar vermək lazımdır. Çünki bel fased oynaqlarının müalicəsində yetərincə başqa bir blokada üsulları ilə ağrılardan azad olmaq və gimnastik hərəkətlərlə bu problemlərin həll etmək yolu var.
Kök hüceyrə bu gün daha çox oynaq problemlərində, fərq etməz revmatoid artridlərdə də istifadə olunur ki, bu zaman xəstələr bir məqamı nəzərdən qaçırmasınlar ki, revmatoid artriddən söhbət gedirsə, ilk önə çıxan revmatizimdir.
Revmatizim isə automin xəstəlikdir və bu xəstəlikdə bədəndə olan, bizi qoruyan hüceyrələr özünə qarşı belə desək “düşmən” rolu oynayır və qığırdaqları yeyib zədələyir.
Burada ilk olaraq revmatizmanın aktivləşmiş formasını sağaltmaq və oynaqlarda zədələnmə qalıbsa və ağrı verirsə bu zaman kök hüceyrə köçürtmək olar. Hətta biz bir neçə xəstəmizə əl barmaqlarının falanqa oynaqlarına belə kök hüceyrə köçürülməsini icra edərək yüksək nəticələr əldə etmişik və xəstə heç bir ağrıları olmadan gündəlik həyatını davam edib.
Təşəkkür edirik, gələcək işlərinizdə uğurlar!
NOCOMMENT.az