Dişləri ağardan və gücləndirən 5 super qida!backend

Dişləri ağardan və gücləndirən 5 super qida!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər tərəfindən açıqlanan ağ və ləkəsiz dişlər üçün faydalı ola biləcək 5 super qida:

1.Süd və süd məhsulları

Bu qidalar ailəsi tərkibindəki laktik turşu və minerallarla dişləri içəridən gücləndirməklə yanaşı, rəng dəyişikliyinin qarşısını almağa kömək edir.

2.Çiyələk

Çiyələyin qırmızı rəngi sizi aldatmasın. Bu meyvənin tərkibindəki alma turşusu diş səthində rəngsizləşmənin qarşısını alır.

3.Portağal

Portağal ekstraktı və liflərindəki komponentlər diş sağlamlığını təhdid edən və rəngin dəyişməsinə səbəb olan ağız turşusunun balansını təmin edir.

4.Qoz-fındıq

Bu sərt teksturalı qidalar diş qabığı kimi hərəkət edərək diş səthindəki ləkələri çıxarmağa kömək edir.

5.Alma

Bu ləzzətli meyvə diş ətini gücləndirməklə yanaşı, tərkibindəki turşu ilə rəngin dəyişməsinə səbəb olan bakteriyalarla mübarizə aparır.