Dişləri sındırıldı, böcək yedirdildi – Antalyada müdirindən pulunu istəyən gəncə ağlasığmaz işgəncəbackend

Dişləri sındırıldı, böcək yedirdildi – Antalyada müdirindən pulunu istəyən gəncə ağlasığmaz işgəncə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qorxunc hadisə gündəm olub. Belə ki, Vedat K. adlı işçi üst-üstə yığılmış maaşının əvəzinə müdirinin masasından 15 min lirə götürdüyü üçün dəhşətli işgəncəyə məruz qalıb.

NOCOMMENT.az-ın NTV-yə (Türkiyə) istinadla verdiyi məlumata görə, insident Antalyanın Kepez rayonunda baş verib.

Bildirilir ki, 22 yaşlı gənc üç gün ərzində amansızcasına döyülüb, dişləri sındırılıb və ona zorla böcək yedirdilib.

Məlumata görə, Vedat K. 2020-ci ildə Şanlıurfanın Suruç rayonundan işləmək üçün Antalyaya yollanıb və təxminən 10 ay sənaye bölgəsindəki bir iş yerində işləyib. Lakin bir müddət sonra maaşını əskik almağa başlayıb. Borc 70 min lirəyə (3.5 min manat) çatanda, gənc oğlan qəzəblənib. O, müdirinin otağına girərkən masanın üzərində 15 min lirə (744 manat) görüb, onu götürərək İstanbula gedib. Bundan sonra iş yeri sahibləri Vedat K.-nın ailəsini tapıblar və onun evinə yollanıblar. Qardaşları Vedatla əlaqə saxlayaraq, pulu geri gətirməsini istəyiblər. 22 yaşlı gənc də qardaşlarına qulaq asaraq, Antalyaya qayıdıb və pulu təhvil verib.

Lakin burada A.T., O.T., S.T. və A.A. tərəfindən anbara salınaraq stula bağlanıb və döyülüb, dişləri sındırılıb, bədəninə kəsiklər atılıb və zorla hamam böcəyi yedirdilib.

Şübhəlilər etdikləri işgəncəni mobil telefonla qeydə alıblar. Üçgünlük işgəncədən sonra isə vəziyyəti çox pis olan işçinin əlində sübut olmaması üçün yaraları sağalana qədər orada saxlayıblar.

Vedat K. yaraları sağalandan sonra şikayət edə bilməyib və eyni iş yerində işləməyə davam edib. Bir müddət sonra o, şübhəlilərin birinin telefonundan həmin hadisənin görüntülərini ələ keçirə bilib.

Beləliklə, Vedat vətəninə qayıdıb və hüquq-mühafizə orqanlarına şikayət edib.

Hazırda saxlanılan şübhəlilər sərbəst buraxılıblar. Onlar barəsində iddia qaldırılıb.