Dispozofobi-Komplsiv Toplama nədir? – Həkim-psixiatr Zaur Qasımov – VİDEObackend

Dispozofobi-Komplsiv Toplama nədir? – Həkim-psixiatr Zaur QasımovVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dispozofobi-Komplsiv Toplama nədir?

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu sual ətrafında fikirlərini bölüşüb

Psixiatr Zaur Qasımov_vəsvəsə nədir

O qeyd edib ki, bəzi şəxslərdə belə bir hallar olur ki, həmin şəxslər evde nasaz olan, xarab olan əşyaları nə vaxtsa lazım olar deyə düşünərək evində saxlayıb atmırlar:

“Gərəksiz yerə bəzi əşyaları alıb evlərində saxlayırlar. Hətta elə olur ki, evlərində gəzib hərəkət etmək üçün belə yer qalmır. Bu insanlara həmin əşyaları atmağ barəsində nəsə dedikdə, mən bunu nədəsə istifadə edəcəm, lazım olacaq və s kimi ifadələr işlədirlər. Bu tip insanlar evdə qırıq saatları, əşya qırıqlarını nə vaxtsa lazım olar deyib saxlayırlar. Kənar şəxslər bu lazımsız əşyaları atarsa, çox böyük aqresiya göstərirlər, həyəcan keçirirlər, təşviş keçirirlər və narahat olurlar”.