Distant təhsil nələri dəyişdi? – Psixoloq və təhsil eksperti AÇIQLADIbackend

Distant təhsil nələri dəyişdi? – Psixoloq və təhsil eksperti AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir ilə yaxındır ki, ölkəmizdə pandemiya şəraitinə görə dərslər distant formada keçirilir. Bununla da insanların həyatı tamamilə dəyişib. Hazırda ənənəvi tədrisə keçid mərhələsindəyik. Lakin şagirdlərin, tələbələrin hətta müəllimlərin çoxusu distant təhsilə alışıblar. Ənənəvi təhsilə adaptasiya ola bilmirlər.

Uşaqlar, tələbələr bir sözlə təhsil alanlar və verənlər distant təhsildən ənənəvi təhsilə necə adaptasiya olunmalıdırlar?

NOCOMMENT.az xəbər verir ki, Modern.az bu sorğu ilə bağlı psixoloq və təhsil ekspertinə müraciət edib.

Psixoloq Taryer Faziloğlunun sözlərinə görə, distant təhsil şagirdlərin, tələbələrin, uşaqlarının həyat rutinini dəyişib:

“Məsələ ondadır ki, pandemiya dövründə 1 il müddətində uşaqlar demək olar ki, məktəbə getmədilər, 1 aya yaxın müddətdə getdilər. O da həftədə iki dəfə idi. Qalan müddəti təhsili distant formada keçiblər. Bu uşaqların artıq həyat rutini dəyişib. Şüurlarındakı gündəlik həyat rutini vərdişi daha komfort zonaya adaptasiya olunub. Lakin məktəb gedişatı biraz artıq məsuliyyət, diskomfort yaradır. Bu da psixoloji gərginliklərə gətirib, çıxarır”.

Faziloğlu qeyd edib ki, bu hallara əsasən də ibtidai sinif uşaqlarında tez-tez rast gəlinir:

“Bu uşaqlar məktəbə alışa bilmədiklərinə, onlarda məktəb alışqanlıqları tam formalaşmadığına görə, evdə, ailə içində komfort zonadakı, həyat rutinlərinə alışıblar. Bu da konkret olaraq bir müddətdən sonra dəyişdiyi halda ciddi psixoloji gərginliklər, aqressiv davranışlar, ümumi təşviş pozuntuları kimi psixoloji narahatçılıqları ortaya çıxaracaq. Burada həm məktəb, həm də valideyn uşağına fərqli yanaşmağı, davranmağı öyrənməlidir. Birincisi, uşaqlar psixoloji olaraq yenidən məkttəbə gedişlə bağlı gündəlik həyat tərzinin dəyişməsinə adaptasiya olması üçün öncədən hazırlanmalıdır. İkincisi, məktəb onlara həmən yüklənib, böyük nəticələr tələb etməməlidirlər. Biraz adaptasiya dönəmi keçməlidirlər. Nə qədər ki, adaptasiya dönəminə zaman ayırmayıb, birbaşa uşaqlara böyük tələblər qoyub, yükləsələr uşaqların məktəbə olan ümumiyyətlə bağlılıqları tamamilə qopacaq və uşaqlar məktəbə, oxumağa nifrət edəcəklər. Üçüncü bir məsələ odur ki, uşaqlar pandemiya dövründə distant təhsildə o qədər kompyuterə, telefona bağlı qaldılar ki, bununla da uşaqların həyat tərzini böyük bir hissəsi virtuallaşdı. Bunun təsiri daha çox ibtidai sinif və yeniyetməliyə yeni girən uşaqlarda oldu”.

Psixoloqun fikrincə, virtuallaşmadan sonra yenidən ənənəvi və ya sosial mühitə adaptasiya prosesi çətinliklər yaradacaq:

“Ona görə də uşaqları virtualdan qoparıb, sosial həyata, normal, ənənəvi təhsilə geri dönməsi üçün biraz sıxıntılar, psixoloji gərginliklər baş verəcək ki, bu da indiki hal üçün normaldır. Sadəcə burada valideynlər və müəllimlər müəyyən mənada anlayışla yanaşıb, uşaqları buna hazırlamalıdırlar. Adaptasiya prosesində onlara dəstək olmalıdırlar. Birbaşa təzyiq etsələr, uşaqlarda psixoloji travmalar, hətta ağır dərəcədə psixoloji pozuntular yaratma riski yüksəkdir.

İstər uşaqlarda, istərsə də böyüklərdə də həyat tərzi tamamən dəyişib. Yeni dəyişimlərə adaptasiya olmaları lazımdır. Müəllimlər idrakı prosesi daha dərin olduqlarına görə adaptasiyalarında o qədər də çətinlik çəkməzlər. Lakin uşaqlarda bu proses ciddi şəkildə ağır gedəcək”.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə əvvəlki dövrlərə nisbətən distant təhsilə olan maraq getdikcə artmaqdadır:

“Artıq 1 ilə yaxındır ki, ölkəmizdə distant formada təhsilə keçid olub. Ötən il mart ayının 3-dən karantin rejiminin müəyyən edilməsindən sonra mart ayının 15-də teledərslərin keçirilməsi ilə distant təhsilin əsası qoyuldu. Martın sonlarına doğru isə Microsoft Teams proqramı eyni zamanda virtual məktəb layihəsi çərçivəsində distant təhsilə keçid oldu. İlk başlanğıcda bütün ölkə üzrə onlayn təhsilə maraq bir o qədər də yüksək deyildi. Tədricən demək olar ki, sentyabr ayından tam bu günki günə qədər 2020-2021 tədris ilinin birinci yarım ili dövründə artıq insanlarda distant təhsilə maraq demək olar ki, daha da artdı. Əvvəlki dövürlərə müqayisə etsək, bunu aydın şəkildə görə bilərik”.

E.Əfəndi qeyd edib ki, bu marağın artmasına səbəb insanların gündəlik xərclərinin azalması, vaxta qənatədir.

“İkinci bir tərəfdən rahatlıqda evdə oturub dərslərini alırdılar. Və təbii ki, bu hal-hazırda da davam edir. Üçüncü bir tərəfdən də ali təhsil müəssisələrin tələbələri və ya kollec tələbələrinin bəziləri dərsə gəlmək üçün müəyyən məbləğ verib ev tuturdular. Bu da istər-istəməz onlara distant formada təhsilin açdığı imkanlardır ki, bundan faydalanmağa çalışırlar. Biz ötən dövr ilə müqayisə aparsaq, hazır ki, dövrdə distant təhsil mərhələsində təhsil alanlar və təhsil verənlərin vəziyyəti ilə o zaman kifayət qədər artıq fərq görmək olar. İnsanların onlayn təhsilə maraqları ənənəviyə nisbətindən daha çoxdur. Bunun da digər bir səbəbi də sırf hələ ki, pandemiyanın höküm sürdüyü və virusunun təhlükəliliyinin qalmasıdır. Bunu da nəzərə alaraq insanların sağlamlıqları xətrinə hələ də onlayn təhsilə üstünlük verirlər. Düşünürəm ki, ofline təhsilə keçid olacaq və biz bunun şahidi də oluruq. Fevral ayının 1-dən etibarən Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız həftənin müəyyən günləri ibtidai siniflərin dərsləri tədris olunur. Fevral ayının 8-dən etibarən isə 5-9-cu siniflərin dərsləri tədris olunmağa başladı. Yalnız 10 və 11-ci siniflərdə hələ ki, onlayn qayda da davam edir. Onların ənənəvi təhsilə nə zaman qayıdacaqları ilə bağlı hələ ki, heç bir məlumat yoxdur. Yəqin ki, qarşıda bununla bağlı informasiya veriləcək”.

Ekspertin fikrincə, hazırda mövcud durumu qiymətləndirdiyimiz zaman insanlarımızın tərrədüd içərisində qaldığı sualların şahidi oluruq:

“Sual odur ki, uşaqlarımızı əyani təhsilə göndərək və ya göndərmiyək. Eyni zamanda burada təkcə abuturiyentlərin, şagirdlərin, tələbələrin fikirləri deyil, Təhsil verənlərin fikirləri də əhəmiyyət daşıyır. Bəzi müəllimlər var ki, onlar üçün distant təhsil daha yaxşıdı.

Onlar üçün daha komfortludur ki, evdən oturub rahat dərslərini tədris edə bilirlər. Düşünürəm ki, insanlarımızın şüurunda həqiqətən də distant formada olan təhsilə maraq getdikcə artır.

Əslində onlinedən ofline-a keçəndə insanlarımızın bir tək psixoloji gərginliyi var. Həmin psixloji gərginlik də 10 gün ərzində aradan qaldırıla bilməz. Burada uyğunlaşma dövrünə mütləq 2-3 həftə vaxt ayrılmalıdır. Və bu müddət sırf müəllimlər üzərinə düşür ki, şagirdləri və ya tələbələri auditoriyaya uyğunlaşdıra bilsinlər. Biz nə qədər cəhd etsək də bu proses təhsil alanların özlərinin uyğunlaşmasından aslıdır. Biz tətbiq üsullarından nə qədər faydalanmağa çalışsaq da, yalnız özlərinin marağı olduqları təqdirdə bu adaptasiya prosesi baş verəcək”.