Diya Rəşvan Qəzza zolağında atəşkəsin bərpası istiqamətindəki işlərdən danışıbbackend

Diya Rəşvan Qəzza zolağında atəşkəsin bərpası istiqamətindəki işlərdən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Misir hökuməti Fələstin-İsrail münaqişəsi zonasında humanitar atəşkəsin uzadılmasına nail olmaq üçün maksimum səy göstərir. Bu barədə Ərəb Respublikasının dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan məlumat verib.

Onun sözlərinə görə, Qahirə Qəzza zolağında atəşkəsin ləğvi və hərbi əməliyyatların bərpası ilə bağlı” çox təəssüflənir”. Eyni zamanda, məmur münaqişə tərəfləri arasında barışıq müddətinin tezliklə uzadılmasının vacibliyinə diqqət çəkib.

“Diya Rəşvan bildirib ki, Misir  tərəfdaşları ilə birlikdə atəşkəsə mümkün qədər tez qayıtmaq və onun müddətini uzatmaq üçün maksimum səy göstərir”, – agentlik ölkənin dövlət informasiya xidmətinə istinadən yazır.