ABŞ və İsrail bu ölkənin davam edən nüvə proqramının yaratdığı təhlükəni aradan qaldırmaq üçün İrana “zərbə vura” bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Tramp İranı bombalamağa hazırlaşır… Bir neçə yüksək rütbəli siyasi, hərbi və diplomatik mənbənin məlumatına görə, ABŞ və İsrail İrana bu ölkənin nüvə proqramının yaratdığı təhlükəni həmişəlik aradan qaldıracaq zərbələr endirməyə hazırlaşır”, – nəşr yazır.
Qeyd edilir ki, İranın nüvə proqramına qarşı hərbi əməliyyat təhdidləri artıq edilib.