DM: Britaniya tərəfindən saxlanılan “rus casuslarının” hədəfi Avropadakı jurnalistlər olubbackend

DM: Britaniya tərəfindən saxlanılan “rus casuslarının” hədəfi Avropadakı jurnalistlər olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən il Böyük Britaniyada saxlanılan Bolqarıstan vətəndaşı olan Rusiya casusları Avropada Moskvaya qarşı çıxan müxaliflərə və jurnalistlərə qarşı casusluq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.

Qəzetin materialında bildirilir ki, Böyük Britaniyada yaşayan Bolqarıstan vətəndaşları Katrin İvanova, Vanya Qaberova və Tihomir İvanov-İvançev guya Avropada “Rusiyanı maraqlandıran şəxslər və obyektlər üzərində müşahidə aparıblar”.

Daily Mail xəbər verir ki, casus şəbəkəsinə daha iki şübhəli də daxildir: Böyük Yarmutda yaşayan 46 yaşlı Orlin Russev və 43 yaşlı Biser Djambazov. Onlar artıq casusluqda təqsirli olduqlarını etiraf ediblər. Casus şəbəkəsi Britaniya, Avstriya, İspaniya və Monteneqrodakı jurnalistləri və dissidentləri, həmçinin Almaniyanın Ştutqartdakı hava bazası kimi saytları hədəfə alıb.

Nəşr məhkəmə materiallarına istinadən yazır ki, təqsirləndirilən şəxs Rusiyaya birbaşa və ya dolayı yolla faydalı məlumatlar əldə etmək üçün “rus agenti” ilə sui-qəsd qurub.