BRİKS ölkələrinin daxili ticarəti 1 trilyon dollara çatıb, bu barədə Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Telegram kanalında məlumat verib.
“BRICS ölkələrinin daxili ticarəti 1 trilyon dollara çatıb. İqtisadi əlaqələrin möhkəmlənməsini və dünya iqtisadiyyatının yeni arxitekturasının formalaşmasında assosiasiyanın artan rolunu təsdiqləyən mühüm mərhələdir. Rusiya prezidenti Vladimir Putinin göstərişlərinə uyğun olaraq, biz işgüzar əlaqələri, o cümlədən BRICS İşgüzar Şurası vasitəsilə gücləndirməkdə davam edirik”, – o qeyd edib.