Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar varbackend

Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 3-də səhər saatlarında Ukraynanın Dnepr şəhərinə hava hücumu nəticəsində azı 3 mülki şəxs həlak olub, 18 nəfər isə xəsarət alıb.

NOCOMMENT.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Dnepr şəhər meri Boris Filatov bildirib.

O deyib ki, xəsarət alanlardan biri 14 yaşlı uşaqdır.

Pilotsuz təyyarələrin və raketlərin hücumu nəticəsində Dneprdə bir neçə yanğın baş verib.

Dnepropetrovsk vilayət şurasının rəhbəri Nikolay Lukaşuk hücum nəticəsində ticarət mərkəzlərindən birinə ziyan dəydiyini təsdiqləyib. Avtomobillərə və yanacaqdoldurma məntəqəsinə də ziyan dəyib.