NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Dnepr şəhərində infrastruktur obyektinə ziyan dəyib. Bu barədə Dnepropetrovsk vilayəti administrasiyasının rəhbəri Sergey Lısak öz Telegram-kanalında bildirib.
“Düşmən bir infrastruktur obyektini vurdu”, — məlumatda deyilir.
O, başqa heç bir təfərrüat haqqında məlumat verməyib. Hazırda Dnepropetrovsk vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Bir gün əvvəl Lvov vilayətinin administrasiyasının rəhbəri Maksim Kozitski regionda mühüm infrastruktur obyektində yanğın baş verdiyini açıqlamışdı.
Noyabrın 3-nə keçən gecə Ukraynanın “Strana.ua” nəşri Odessa vilayətində partlayışlar barədə məlumat yayıb. Həmin anda baş verənlərlə bağlı təfərrüatlar açıqlanmayıb.