Dneprdə kombayn zavodunda partlayış və genişmiqyaslı yanğınbackend

Dneprdə kombayn zavodunda partlayış və genişmiqyaslı yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Dnepr şəhərində (keçmiş Dnepropetrovsk) partlayışdan sonra keçmiş kombayn zavodunun ərazisində irimiqyaslı yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb və hadisə yerindən qara tüstü sütununun göründüyü kadrları dərc edib.

Ukraynanın “Insider” nəşrinə görə, yanğın anbarları əhatə edib, yanğının ərazisi dəqiqləşdirilməyib, lakin onun “böyük” olduğu qeyd edilib. Hadisə şahidləri yanğın başlamazdan bir qədər əvvəl partlayış səsi eşidiblər.

RBC-Ukraina agentliyi xəbər verir ki, zavoddan əməkdaşlar təxliyə olunub.