Dni.ru: Paşinyan məğlubiyyəti ilə Putinə etdiyi hörmətsizliyin əvəzini ödəyirbackend

Dni.ru: Paşinyan məğlubiyyəti ilə Putinə etdiyi hörmətsizliyin əvəzini ödəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəngli inqilab” dalğasında hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsini uzun müddətli məğlubiyyətə sürükləyir. Üstəlik siyasi səbatsızlığı üzündən son vaxtlar rəsmi İrəvan Moskvaya qarşı da hörmətsizlik etməyə başladı”.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “Dni.ru” portalı ekspertlərin fikirlərini tirajlayıb. Politoloq və hərbi ekspert Sergey Mardan deyib ki, “Ermənistan ona dost olmayan dövlətlərlə əhatə olunmuş kiçik bir ölkədir. Ona görə də Nikol Paşinyan hər səhər bölgənin xəritəsini baxmalı sonra da sadiqliyini sübut etmək üçün Kremlə yalvarmalıdır. Çünki İrəvanı düşdüyü vəziyyətdən yalnız Moskva xilas edə bilər”.

Politoloq daha sonra deyib ki, hakimiyyətə gəldikdən sonra Ermənistanın hazırkı Baş nazirinin Vladimir Putinin dostu olan keçmiş prezident Robert Köçəryan və digər Moskvapərəst məmurlar haqqında cinayət işi açdırdı. “Bu azmış kimi Paşinyan diplomatik protokolu pozaraq 2019-cu ilin oktyabrında İrəvan hava limanında Rusiya liderini qarşılamağa gəlmədi. Bununla da Putini təhqir etmiş oldu. Belə bir hərəkət isə cəzasız qala bilməzdi. İndi Moskva Qarabağdakı müharibəyə müdaxilə etməkdən imtina edir”.

Politoloq daha sonra Ermənistanın müharibəyə çox pis hazırlaşdığını, peşəkarların ordudan uzaqlaşdırıldığını və ordunun təchizatının bərbad gündə olduğunu söyləyib. Ona görə də Azərbaycan Ordusu demək olar ki, cəmi bir aya Şuşaya qədər gəlib çıxıb. Şuşa isə Stepankertin 10 kilometrliyindədir.
Konkret.az