Dodon Moldovada keçiriləcək prezident seçkilərində iştirakını istisna etməyibbackend

Dodon Moldovada keçiriləcək prezident seçkilərində iştirakını istisna etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın keçmiş prezidenti İqor Dodon bu il respublikada keçiriləcək prezident seçkilərində iştirakını istisna etməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Əgər Maya Sandunu məğlub etmək şansım olsa, bu il prezident seçkilərinə gedə bilərəm”, – Dodon bildirib.

O, ölkədə müxalifətin vahid namizədinin tapılmaması şərti ilə bunun mümkün olacağını açıqlayıb.

Moldovanın eks-prezidenti nəyin bahasına olursa olsun seçkilərdə iştirak etmək ambisiyasının olmadığını vurğulayıb. Onun sözlərinə görə, Sosialist Partiyasının tərəfdarları üçün nəticə daha vacibdir: Moldova Respublikasını məhv edən hakimiyyəti dəyişdirmək.

Bundan əvvəl məlum olmuşdu ki, payızda ölkədə eyni vaxtda prezident seçkiləri və Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək.