Moldovada keçirilən parlament seçkilərində müxalif “Vətənpərvər blok” 28% səs toplayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə ölkənin sabiq prezidenti İqor Dodon məlumat verib.
Onun sözlərinə görə, “Vətənpərvər blok” ölkə daxilində 28%, diaspora ilə birlikdə isə 24% səs qazanıb:
“Əgər seçkilər tanınarsa, biz növbəti parlamentdə ən böyük fraksiyanı formalaşdıracağıq”, – deyə eks-prezident qeyd edib.
Qeyd edək ki, Moldovada növbədənkənar parlament seçkiləri 28 sentyabrda keçirilib. Səsvermənin nəticələrinə əsasən, deputatlar dörd il müddətinə seçiləcəklər. Seçici fəallığı 33,3%-i ötüb ki, bu da seçkilərin baş tutmuş sayılması üçün kifayət edib.