Doğulmamış körpə üzərində beyin əməliyyatı aparılıbbackend

Doğulmamış körpə üzərində beyin əməliyyatı aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində həkimlər ana bətnində olan körpə üzərində əməliyyat keçirərək ölkənin xəstəlik tarixinə düşüblər.

NOCOMMENT xəbər verir ki, əməliyyat uğurlu keçib, ana və körpənin səhhətinin yaxşı olduğu açıqlanıb.

ABŞ-ın Boston şəhərində həkimlər ölkənin tibb tarixinə düşəcək əməliyyatda bətnindəki körpəyə beyin əməliyyatı ediblər.
Luiziana ştatında yaşayan Derek və Kenyatta Koulman adi müayinə üçün getdikləri xəstəxanada həkimlərin qeyri-adi bir şey gördüyünü öyrəniblər.
Yerli media xəbər verir ki, həkimlər körpənin beynində damar qüsuru, nadir qan damar anomaliyasını aşkar ediblər. Körpənin beynini müşahidə edən həkimlər qüsurun təhlükəli şəkildə böyüdüyünü bildiriblər. Normal hamiləlik keçirdiyini düşünən Kenyatta körpəni bətnində dünyaya gətirməzdən əvvəl əməliyyat olub-olmaması barədə qərar verməli olub. Cütlüyün razılığı ilə əməliyyat aparılıb və körpə sağlam doğulub. Bu prosedur tibb tarixinə ABŞ-da ana bətnində olan körpə üzərində edilən ilk əməliyyat kimi düşdü.