Doğum evinin həkimi uşağın ölümü ilə bağlı danışdı – VİDEObackend

Doğum evinin həkimi uşağın ölümü ilə bağlı danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 11-də Bərdə rayonu, Gərənə kənd sakini Gülnar Namazovanın yeni doğulmuş uşağının ölməsi barədə məlumat vermişdik.

NOCOMMENT.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, Bərdə Mərkəzi rayon Xəstəxanasının mama-ginekoloqu Nərgiz Mürvətova körpənin vəziyyəti və ölüm hadisəsinin baş verməsi ilə bağlı açıqlama verib.

Həkimin sözlərinə görə, körpənin dünyaya gəlişi, çəkisi və boyu normal olub, heç bir narahatçılıq olmayıb. Lakin bir neçə gün sonra qəfildən ağız və burun nahiyəsindən qan gələrək uşaq dünyasını dəyişib. 

Qeyd edək ki, aparılmış araşdırmalarla 2001-ci il təvəllüdlü Gülnar Namazovanın sentyabrın 8-də saat 13 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün doğuş prosesi aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq 11 sentyabr 2020-ci il tarixdə həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.