Dojd telekanalı Füzulidən reportaj hazırladı – VİDEObackend

Dojd telekanalı Füzulidən reportaj hazırladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Dojd” telekanalı “Burada və İndi” layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhərinin hazırkı görüntülərini yayıb.

NOCOMMENT xəbər verir ki, reportajda jurnalist Vladimir Romenski burada tutqun bir mənzərənin hökm sürdüyünü söyləyir: hər yerdə dağılan binalar, vurulmuş hərbi texnika, erməni hərbçiləri tərəfindən tərk edilmiş döyüş sursatları.

Reportajda 1890-cı ildə inşa edilmiş və hazırda dağıdılmış Hacı Ələkbər məscidinin görüntüləri yer alıb, məscidin yalnız divarı qalıb.

Ardınca qəbiristanlığın görüntüləri gəlir. Müxbir bildirir ki, burada qəbirdaşları dağıdılıb.

Məşhur muğam ifaçısı Ağabala Abdullayevin büst şəklində qəbirdaşı yerdədir. Vandallar büstü dağıdıblar, məzardan uzaq aparıblar: “Onlar ölülərlə döyüşürdülər”.