Doktorantura imtahanında kimlərə güzəşt ediləcək? – AÇIQLAMAbackend

Doktorantura imtahanında kimlərə güzəşt ediləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura ilə bağlı bir sıra vacib məqamlara aydınlıq gətirib.

NOCOMMENT.az xəbər verir ki, DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə doktoranturaya qəbulla bağlı Modern.az-ın suallarını cavablandırıb.

– Magistr dissertasiyalarını payızda müdafiə edən şəxslər doktoranturaya qəbul imtahanında iştirak edə bilərlərmi?

Xanlar Xanlarzadə cavabında şəxslərin magistr diplomunu əldə etdikdən sonra doktoranturaya sənəd verməsinin mümkün olduğunu bildirib.

DİM rəsmisi kimlərin xarici dil imtahanından azad olunması məsələsində də toxunub. O, qeyd edib ki, xarici dildən sertifikata malik olan magistrlər sertifikat yoxlanışından sonra xarici dil imtahanından azad oluna bilərlər:

“Doktoranturaya sənəd qəbulu zamanı lazımi beynəlxalq sertifikatı elektron sistemə yükləmək tələb olunur. Sertifikat yoxlanıldıqdan sonra onlar xarici dil imtahanından azad olunur”.

Xanlar Xanlarzadə, daha sonra doktoranturaya qəbul zamanı hərbi xidmətdən möhlət alınması və müəyyən arayışın verilməsinə münasibət bildirib.

“Fərdi qaydada kiməsə arayış verilmir. İmtahandan məqbul qiymət alan şəxslərin siyahısı DİM tərəfindən müvafiq quruma təqdim olunur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyunun 11-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanları keçirəcək.