Doldurduğu təkər bomba kimi partladıbackend

Doldurduğu təkər bomba kimi partladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trabzonda əl arabasının təkərinin partlaması nəticəsində bir gözünü itirən və 12 gün reanimasiyada qalan şəxs ölümdən dönüb.

NOCOMMENT xəbər verir ki, Trabzonun Of rayonu Sarıbəy Məhəlləsində yaşayan 50 yaşlı Alay Dumangöz bağçılıq üçün istifadə etdiyi əl arabasının təkərinin boşaldığını görüb.

Daha sonra ustaya gedən Dumangöz təkəri hava nasosuna birləşdirib. Yüksək təzyiqdən partlayan təkərin kənarı Dumangözün üzünə dəyib.

Hadisə yerində huşunu itirən Dumangöz Trabzondakı Qaradəniz Texniki Universiteti Tibb Fakültəsi Farabi Xəstəxanasına aparılıb. 12 gün reanimasiyada qalan Dumangözün bir gözünü itirib, çənəsi və dili də zədələnib.