Dollar və avro bahalaşdı: Manatı nələr gözləyir? – VACİB AÇIQLAMAbackend

Dollar və avro bahalaşdı: Manatı nələr gözləyir? – VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada son günlər dollar və avronun məzənnəsi yüksəlib. Bəs, bu Azərbaycan manatına necə təsir edə bilər?

NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dollar və avronun bahalaşmasının əsas səbəbi rublun ucuzlaşmasıdır:

Minimum əmək haqqı bu qədər artırılacaq - Xalid Kərimli açıqladı |  news365.az

“Rusiya rublunun ucuzlaşması Azərbaycan manatına elə bir əhəmiyyətli təsir etməyəcək. Çünki son bir ildə rubl kifayət qədər bahalaşıb.

İndi sadəcə həmin artımın bir hissəsini itirir. Ona görə də Azərbaycan üçün təhlükəli vəziyyət yoxdur”.

Ekspert əlavə edib ki, manat dollara bağlı olduğundan, rubl və avrodakı dəyişikliklər Azərbaycan valyutasına təsir göstərmir:

“Manat son 8 ayda bahalaşmayıb, dollarla birlikdə digər valyutalara nisbətdə ucuzlaşıb. 1 dollar = 1.70 manat məzənnəsi artıq 8 ildir dəyişməz qalır. Bu ilin əvvəlindən dolların ucuzlaşması manata da təsir edib, amma bu, ciddi risk yaratmır”.

Xalid Kərimli qeyd edib ki, hazırda Azərbaycan üçün valyuta bazarında heç bir təhlükəli tendensiya müşahidə olunmur.