Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”backend

Dollarla bağlı mühüm açıqlama – “Manatın məzənnəsi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ingilis funt-sterlinqi manata nisbətdə bahalaşıb-ucuzlaşır.

NOCOMMENT.az globalinfo.az-a istinadən xəbər verir ki, eyni tendensiya avro ilə bağlı da müşahidə olunur, lakin ABŞ dolları stabilliyini qoruyur.

Bu vəziyyətin səbəbi nədir? Dolların qəfil bahalaşması ehtimalı varmı?

Xalid Kərimli bildirib ki, funt-sterlinq və avronun manata nisbətən bahalaşması ABŞ dollarının stabilliyini qoruması ilə bağlıdır:

“Dollar qalxanda və ya düşəndə manatın məzənnəsi də dəyişir. Yəni, manatın avroya və funt-sterlinqə nisbətdə ucuzlaşmasının səbəbi dolların bu valyutalar qarşısındakı mövqeyidir. Hazırda dolların ucuzlaşma tendensiyası davam edir”.

İqtisadçı bildirib ki, dollarla bağlı proseslər əsasən ABŞ-ın iqtisadi vəziyyəti ilə bağlıdır və Azərbaycanla birbaşa əlaqəsi yoxdur:

“Dolların qəfil bahalaşması gözlənilmir və hazırda belə bir risk yoxdur. Lakin gələcəkdə müxtəlif ssenarilər mümkündür”.