Bakı şəhərində fəaliyyət göstərən “Dolunay” adlı obyektin üzərində icazəsiz reklam yerləşdirildiyi müəyyən edilib. Söhbət Dolunay restoranı gedir.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, faktla bağlı Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən inzibati protokol tərtib olunub və məsələ məhkəmədə araşdırılıb.
Hakim Elçin Ağayevin sədrliyi, X1 Novruz oğlunun katibliyi və Agentliyin nümayəndəsi Nümayəndə2-nin iştirakı ilə keçirilən açıq məhkəmə iclasında müəyyən edilib ki, vəzifəli şəxs Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən “Dolunay” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, Dövlət Reklam Agentliyi tərəfindən qanun pozuntusunun aradan qaldırılması barədə xəbərdarlıq edilsə də, müəyyən olunmuş 5 günlük müddət ərzində icazəsiz reklam lövhəsi sökülməyib. Bununla əlaqədar Agentlik inzibati xəta haqqında protokol tərtib edib.
Məhkəmə “Reklam haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə istinad edərək, icazəsiz reklam yerləşdirmə faktını təsdiqləyib və Şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə qərar verib.
Qərara əsasən, Şəxs 1500 manat məbləğində inzibati cərimə olunub.
Məhkəmə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməyib.
Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində apellyasiya qaydasında şikayət verilə bilər.