“Dom-2” layihəsinin keçmiş iştirakçısı Kristina Belaya öz evində bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə chel.kp.ru məlumat yayıb.
Televiziya şousunun 24 yaşlı ulduzunun ölümü onun doğulduğu şəhərdə – Çelyabinsk vilayətinin Kartalı şəhərində baş verib.
“Hazırda mən həqiqətdən çox, çox uzaq olan çoxlu versiyalar eşitmişəm. Kristinanın başına bədbəxt hadisə gəlib”, – qızın dostu Yana sosial şəbəkələrdəki səhifəsində yazıb.