Dominikan Respublikasının hazırkı prezidenti seçkilərdə qalib gəldiyini elan edibbackend

Dominikan Respublikasının hazırkı prezidenti seçkilərdə qalib gəldiyini elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dominikan Respublikasının hazırkı prezidenti Luis Abinader son prezident seçkilərində qalib gəldiyini elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Abinader dövlət institutlarının gücləndirilməsi üçün əsas olan vətəndaş ruhuna və səsvermədə iştirakına görə ölkə xalqına təşəkkür edib. Prezident vurğulayıb ki, o, əvvəlki seçkilərlə müqayisədə daha çox səs toplayıb və bu, ölkə vətəndaşlarının dəyişiklikləri dərinləşdirmək istəyindən xəbər verir. Abinader özünü bütün Dominikanlıların prezidenti adlandırıb.

Mövcud məlumatlara görə, bülletenlərin 45,92% — i işləndikdən sonra Abinader səslərin 59,03% – ni, onun ən yaxın rəqibi, ölkənin üç dəfə prezidenti olmuş Leonel Fernandez 27,03% səs toplayıb.

Beləliklə ilk turda seçkilərdə qalib gələn Abinader 2024-2028-ci illər arasında yenidən ölkəni idarə edəcək.