Dominos Pizzadan can alan “ölüm kampaniyası” – FOTO – VİDEObackend

Dominos Pizzadan can alan “ölüm kampaniyası”FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar elan edilən karantin rejimindən iş yerlərini, gəlirlərini itirənlərlə yanaşı qazananlar da az olmadı.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunan xüsusi karantin rejimində kafe və restoranların fəaliyyətinin dayandırılması səbəbindən evə çatdırılma xidmətinə görə sifarişləri birə beş artan Dominos Pizza restoranlar şəbəkəsi yaranmış şəraitdən məharətlə istifadə edərək qazananlardan oldu.

Pandemiya dönəmində həmçinin, tələbə və abituriyentlərin evdən onlayn hazırlıqları dönəmində “30 dəqiqəyə çatdırılma” kampaniyası çərçivəsində sifarişlərini qəbul etməyi davam etdirdi.

Lakin, “30 dəqiqəyə çatdırılma” kampaniyası getdikcə daha çox “ölüm kampaniyası”na çevrilmək üzrədir.
Belə ki, restorana edilən sifarişlərin müştərilərə söz verdikləri 30 dəqiqə ərzində çatdırılması məqsədilə işə cəlb etdikləri motosikl kuryerləri sanki şəhərdə bir təhlükə və ölüm kabusuna çevrildilər.

Dəfələrlə hərəkət zolaqlarını pozaraq qarşı tərəfə çıxmaları, icazə verilən sürətdən daha artıq sürətlə sürüş, insanların sıx olduqları ərazilərdən təhlükəli hərəkətləri özlərini riskə atmaları ilə yanaşı, qarşı tərəf üçün də ciddi təhlükə yaradırlar.

Bu narahatçılıqlar, motosikl kuryerlərinin heç bir hərəkət qaydalarına riayət etməmələri ilə bağlı şirkətin rəsmi səhifəsinə daxil olub müraciət etmək istəsək də, bunun üçün uyğun bir xidmətin olmamasının şahidi oluruq. Sayt üzərindən müştəri ilə əlaqə yalnız sifariş qəbulu üçün yararlıdır.

Eyni zamanda Sumqayıt şəhərində bu kuryerlərin təhlükəli sürüşləri ilə bağlı restoran rəhbərliyinə müraciət edilsə də, administrator kimi özünü təqdim edən şəxs bu şikayətləri qəbul etmək istəmədi.

Lakin, bütün halda biznesləri müştəri gəliri üzərindən olan bir şəbəkə daxil olan şikayət və ya təklifləri dinləməli, qeydə almalı və aidiyyatı üzrə araşdırmalı idi. Təəssüf ki, “Dominos Pizza”da müştəri məmnuniyyətindən bunu görə bilmədik.

Əldə etdiyimiz digər bir dəqiq məlumata əsasən Sumqayıtda fəaliyyət göstərən “Dominos Pizza”da 4 motosikl kuryeri var ki, bunun da 2-nin dövlət nömrə nişanı, həmçinin 4 sürücü kuryerin isə hətta 2-nin sürücülük vəsiqəsi belə yoxdur.

Ölkə mətbuatına göz gəzdirdikdə bu sürücülərin zaman-zaman özlərini və qarşı tərəfi təhlükəyə atdıqları ilə bağlı məlumatların, video görüntülərin olmasının şahidi ola bilərik.

Ötən gün sosial şəbəkədə paytaxtda fəaliyyət göstərən daha bir “Dominos Pizza” kuryerinin baş vermiş qəzada həyatının itirməsi ilə bağlı xəbərin şahidi olduq. Sosial şəbəkələrdə istifadəçilərin bu kimi hallarla tez-tez rastlaşması ilə bağlı geniş paylaşımları görmək mümkündür.

Hesab edirik insan həyatının hər şeydən üstün olduğunu səbəb götürərək pul qazanmasını özünə hədəf qoyan bir şirkət rəhbərliyi əməkdaşlarının və cəmiyyətin digər üzvlərini təhlükə ilə üz-üzə qoymamalıdır.

Bunun üçün “30 dəqiqəyə çatdırılma” – ölüm kampanyasını dayandırmalı və sürücü kuryerlərinin peşəkarlığı istiqamətində ciddi düşünməlidilər.

“Dominos Pizza” kapitalizm prizmasından çıxış edərək mən varlanım, kasıbın canı çıxsa da çıxsın baxışını dəyişməyincə bu kimi bədbəxt hadisələr və insan ölümləri davam edəcək.

O ki, qaldı reklamlarında göstərilən pizzalar ilə reallıqda təqdim edilən pizzalar arasındakı ciddi fərqlərə, bu başqa bir mövzudu və yaxın günlərdə bu mövzuya geniş toxunacayıq.