Donald Tramp daha bir ştatda qalib gəldibackend

Donald Tramp daha bir ştatda qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin 45-ci Prezidenti Donald Tramp bülletenlərin 50%-i işləndikdən sonra Miçiqanda Respublikaçıların ilkin seçkisində qalib gəlib.

NOCOMMENT.az xəbər verir ki, Tramp səslərin 67%-dən çoxunu qazandığı halda, Birləşmiş Ştatların BMT-dəki keçmiş səfiri Nikki Heyli cəmi 27,2% səs toplayıb.

Eyni zamanda, Heyli seçki yarışından çəkilməyəcəyini və Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi mübarizəni davam etdirəcəyini bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Tramp 2022-ci ilin noyabrında seçki kampaniyasına qoşulacağını açıqlayıb. Demokrat Co Bayden isə 2023-cü il aprelin 25-də prezidentlik uğrunda yarışacağını bəyan edib.