ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşünün nə ilə uğurlu olacağını bilmədiyini etiraf edib və atəşkəs əldə etmək istədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat verir.
“Bunu sizə deyə bilmərəm. Mən bilmirəm. Heç nə əvvəlcədən müəyyən olunmayıb. Mən bəzi şeylər istəyirəm. Mən atəşkəsi istəyirəm”, – deyə Ağ Evin rəhbəri vurğulayıb.
Daha sonra Tramp bir daha atəşkəsin tezliklə təmin olunmasını istədiyini qeyd edib. Prezidentin sözlərinə görə, “əgər bu baş verməsə, mən razı qalmaram”.