“Əgər İran keçmiş prezidentlərə və ya prezidentliyə namizədlərə hər hansı bir şəkildə hücum etsə, İran məhv olacaq”.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı ABŞ-nin keçmiş prezidenti və prezidentliyə namizədi Donald Tramp bildirib.
Tramp ona qarşı hücumların arxasında İranın ola biləcəyini qeyd edərək ölkəni hədələyib:
“Əgər mən prezident olsaydım, təhdid edən ölkəyə, indiki halda İrana deyərdim ki, əgər keçmiş prezidentlərə və ya prezidentliyə namizədlərə hər hansı bir şəkildə zərər versəniz, biz sizin ən böyük şəhərlərinizi və ölkənizi məhv edəcəyik”.