Donald Tramp məhkəmənin təxirə salınmağını istəyibbackend

Donald Tramp məhkəmənin təxirə salınmağını istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 45-ci prezidenti Donald Tramp məhkəmədən məxfi sənədlərlə düzgün işlənilməməsi ilə bağlı işin başlanmasını təxirə salmağı xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə federal məhkəmənin bəyanatda bildirilib.

Sənəddə qeyd edilib ki, Tramp prosesə 2024-cü il prezident seçkisi başa çatdıqdan sonra başlamağı tələb edir. ABŞ-ın xüsusi prokuroru Cek Smit isə məhkəmənin iyulun 8-də başlamasını istəyib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Trampın Floridadakı malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun əməkdaşları ümumilikdə 102 sənəd ələ keçiriblər. Onlardan 17-si “tam məxfi” kimi təsnif edilib.