Donald Tramp: “Mən aşağı İQ olan biri ilə yarışdayam”backend

Donald Tramp: “Mən aşağı İQ olan biri ilə yarışdayam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Tennessi ştatının Neşvill şəhərində keçirilən “Bitcoin 2024” konfransında çıxışı zamanı seçki yarışında rəqibi olan Kamala Harrisin İQ səviyyəsinin çox aşağı olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu otaqda yüksək IQ-ya malik insanlar oturub. “Mən aşağı İQ olan biri ilə yarışdayam”, -deyə o vurğulayıb.

Söhbət Harrisdən getdiyinə aydınlıq gətirən siyasətçi ABŞ prezidenti Co Bayden haqqında danışmaq fikrində olmadığını bildirib.

ABŞ-ın hazırkı prezidenti Co Bayden mübarizəni dayandırmaq və seçkidən çəkilmək qərarına gəldikdən sonra Harris seçki yarışının iştirakçısı olub. Ağ Ev rəhbərinin vitse-prezidenti ilə dəyişdirilməsini Klintonlar və Obama da daxil olmaqla, əksər yüksək vəzifəli demokratlar dəstəkləyib. Harrisin yarışa girməsi onun reytinqini artıraraq, əvvəllər 5-6% liderlik etdiyi Respublikaçı namizəd Trampla fərqi daraldıb.