Donald Tramp Nevada kokusunun qalibi oldubackend

Donald Tramp Nevada kokusunun qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə namizəd Donald Tramp Nevada ştatında Respublikaçılar Partiyasının kokusunda (partiyadaxili seçkilərdə) qalib gələrək dövlət başçısı vəzifəsinə namizədliyini dəstəkləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Materialda qeyd olunur ki, Tramp partiyadaxili qurultayda ştatdan olan 26 nümayəndənin səsini alıb.

AP yazır ki, keçmiş ABŞ prezidenti Nevada kokusunda yeganə əsas namizəd idi, çünki onun əsas rəqibi Nikki Heyli əvvəllər qubernator vəzifəsində çalışdığı Cənubi Karolinaya diqqət yetirmək üçün kokusları atlayıb.