Donald Trampın bu ölkədən əsgərlərinin çıxarılmasına dair iddialara cavabıbackend

Donald Trampın bu ölkədən əsgərlərinin çıxarılmasına dair iddialara cavabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı bütün əsgərlərinin 26 noyabr Şükran gününə qədər çıxarılacağı iddiası ilə əlaqədar açıqlama verib.

Tramp Ağ Evdəki mətbuat konfransında “Əsgərlərin ən qısa müddətdə çıxmasını istəyirəm” deyib.

ABŞ qoşunlarının digər ölkələrdən çıxarılması ilə bağlı da danışıqlar apardığını bildirən Tramp Suriyadan qoşunların çıxarılması qərarını bu sözlərlə müdafiə edib: “Suriyada Türkiyə ilə sərhəddəki əsgərlərimizi çıxardığımız zaman da hər kəs bunun “dəhşətli” olduğunu söylədi. Prezident Rəcəb Tayyib Ərdoğanla danışdım və sərhədin bizsiz yaxşı olduğunu söylədi. (Suriya və Türkiyə) Bu sərhədi iki min ildir siyasətləşdirirlər. Biz Türkiyə və Suriya sərhədini qoruyurduq. İndi əsgərlərimizi evdə istəyirik. Bir il əvvəl bu qərarı verəndə məni tənqid etdilər, indi öz sərhədlərini qoruyurlar. Biz nefti qoruduq. Ancaq bir nöqtədə neftlə bağlı problemləri də həll edəcəyik və oradan çıxacağıq”.

TRT Azərbaycan