Donald Trampın mitinqindəki silahlı insidentin təfərrüatları məlum olub – YENİLƏNİBbackend

Donald Trampın mitinqindəki silahlı insidentin təfərrüatları məlum olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Pensilvaniya ştatında mitinq zamanı prezidentliyinə namizəd Donald Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.

Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.

Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər. Prezident, həmçinin Trampın seçkilərdəki rəqibi Cozef Bayden də hadisəni pisləsə də, bunu “sui-qəsd cəhdi” adlandırmağa tələsməyib.

08:10

ABŞ prezidentliyinə namizəd Donald Trampın yaralandığı silahlı insidentdə iki nəfərin öldüyü güman edilir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə WTAE telekanalı bildirib.

“Batler dairəsinin prokuroru iki nəfərin ölə biləcəyini açıqlayıb”, – telekanal qeyd edib.