Dönər gətirən kuryer Space TV efirində – VİDEObackend

Dönər gətirən kuryer Space TV efirində – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dönər gətirən kuryer “Space” TV-də efirə çıxarılıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, hadisə bir müddət çalışdıqları ARB telekanalından ayrılaraq “Space”ə keçən Xuraman Əlizadə və Vüsalə Əliyevanın efiri zamanı baş verib.

Çəkilişlər zamanı kuryer kollektivə dönər gətirib. Verilişin aparıcıları kuryeri yanlarına çağıraraq efirə çıxarıb.

Görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Video tanınmış prodüser, aparıcı Tarix Əliyevin (Tolik) də gözündən qaçmayıb. O, görüntülərə şərh yazıb: “Guya da gündəmdir, öz aləmlərində. Vay-vay…”

Həmin görüntüləri təqdim edirik: