Dönərdən zəhərlənən şagirdlərin son vəziyyəti AÇIQLANDIbackend

Dönərdən zəhərlənən şagirdlərin son vəziyyəti AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda dönərdən zəhərlənən 4 şagirdin Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicəsi davam etdirilir.

Bu barədə NOCOMMENT.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, hazırda onların vəziyyəti stabildir.

Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.