Doqquzmərtəbəli binanın 10 illik dərdi həll olmur ki, olmurbackend

Doqquzmərtəbəli binanın 10 illik dərdi həll olmur ki, olmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda doqquz mərtəbəsi olan yalnız bir bina var. Bina bir olsa da, problemləri heç də az deyil.

NOCOMMENT.az -ın Qarabağ Üzrə Bölgə Müxbirinin verdiyi məlumata görə sakinlər illərdir ki, işləməyən liftin yaratdığı narahatlıqdan əziyyət çəkirlər.

Heydər Əliyev prospektində yerləşən bina 1986-cı ildə tikilərək sakinlərin ixtiyarına verilib. Yaşayış binasına yuxarı mərtəbədə yaşayanların rahatlığı üçün quraşdırılan, ancaq hazırda fəaliyyətsiz qalan lift insanları narahat edir.
Yaşlı və xəstə insanların vəziyyəti isə daha acınacaqlıdır. Təmiz hava almaq üçün binanın həyətinə düşən sakinlərin evinə qayıtması isə müşkülə çevrilib.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara mövcud vəziyyətlə bağlı dəfələrlə müraciət edilsə də, bu günə qədər problem həll olunmayıb.

Məsələdən xəbərdar olan Bərdə Mənzil Kommunal İstismar Sahəsindən bildirdilər ki, sözügedən binanın liftinin təmiri ilə bağlı dövlət büdcəsindən vəsait ayrılsa da, lift istismar müddətini başa vurduğu üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təmirə icazə verilmir. Doqquzmərtəbəli yaşayış binasını yeni liftlə təmin etmək üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib. Yaxın zamanlarda liftin yenilənməsi nəzərdə tutulub.