Dörd böyük mobil operator 1 milyon avro cərimələnibbackend

Dörd böyük mobil operator 1 milyon avro cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada rəqabət şurasının başlatdığı araşdırma çərçivəsində 4 böyük operator şirkəti rəqabətə zidd hərəkət etdikləri üçün 1 milyon avro cərimələnib.

NOCOMMENT.az xəbər verir ki, Rəqabət Şurasının təşəbbüsü ilə aparılan araşdırmalar çərçivəsində operator şirkətlərinin stasionar və mobil telefon istifadəçilərinin müqavilələrə xitam verilməsi, başqa operatora köçürülməsi və ikiqat faktura hesablanması zamanı əməl olunan prosedurların qanunsuz olması qərara alınıb.

Araşdırmalar nəticəsində “Vodafone” 400 min avro, “WindTre” 300 min avro, “Telecom Italia” 200 min avro və “Fastweb” şirkəti 100 min avro olmaqla ümumilikdə mobil operatorlar 1 milyon avro məbləğində cərimə olunub.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayından etibarən, istifadəçilər operator keçidi zamanı müqavilənin ləğvi, ikiqat faktura və istifadə olunmamış xidmətlər üçün hesab-fakturalar kimi problemlərlə bağlı şikayət etdikdən sonra rəqabət orqanı məsələni yaxından izləyib.

NOCOMMENT.AZ