Dörd ərəb ölkəsi və Türkiyə Qəzzanı bərpa etmək istəyirbackend

Dörd ərəb ölkəsi və Türkiyə Qəzzanı bərpa etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dörd ərəb ölkəsi və Türkiyə ABŞ-ni İsraillə HƏMAS arasında münaqişə başa çatdıqdan sonra Qəzza zolağının bərpası və anklavın idarə olunmasının planlaşdırılmasında əməkdaşlığa hazır olduqlarına inandırıblar.

NOCOMMENT.az xəbər verir ki, bunu Yaxın Şərq ölkələrində səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib. “Associated Press”in məlumatına görə, dövlət katibi jurnalistlərə bildirib ki, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Qəzzanın gələcəyini planlaşdırmaqda iştirak etməyi nəzərdən keçirəcəklər:

“Ölkə liderləri Qəzzanın zolağındakı vəziyyətin sabitləşməsinə və bərpasına kömək etmək, fələstinlilər üçün siyasi yol müəyyənləşdirmək və bütövlükdə regionda uzunmüddətli sülh, təhlükəsizlik və sabitlik istiqamətində işləmək üçün əməkdaşlıq barədə razılığa gəliblər”- deyə Blinken vurğulayıb.

Qeyd edək ki, Blinken yanvarın 4-də İsrail, Türkiyə və ərəb ölkələrinə səfərlər də daxil olmaqla, Yaxın Şərq ölkələrinə səfərə çıxıb.