Dörd nəfərin ölümü ilə nəticələnən hücuma görə 2 yeniyetmə həbs edildibackend

Dörd nəfərin ölümü ilə nəticələnən hücuma görə 2 yeniyetmə həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Alabama ştatında 16 yaşlı yeniyetmənin ad günü şənliyində baş verən və 4 nəfərin ölümünə səbəb olan hücumla bağlı iki nəfər həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, Alabama Polis İdarəsi məmuru Ceremi Burkett mövzu ilə bağlı təşkil etdiyi mətbuat konfransında çoxlu gəncin iştirak etdiyi ad günü şənliyinin keçirildiyi məkanda baş verən hücumla əlaqədar dünən gecə iki şübhəlinin həbs olunduğunu açıqlayıb.

Məlumata görə həbs edilən 17 və 16 yaşlı yeniyetmələr dörd adam öldürmə maddəsi ilə ittiham olunacaq.

Rayon prokuroru Mayk Seqrest şübhəlilərin 72 saat ərzində məhkəmə qarşısına çıxacağını və iki yeniyetmənin “böyüklər” kimi mühakimə olunacağını açıqlayıb.

NOCOMMENT.AZ