Dörd nəfərlik heyətin olduğu hərbi helikopterlə əlaqə kəsildibackend

Dörd nəfərlik heyətin olduğu hərbi helikopterlə əlaqə kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisdə 4 nəfərlik heyətlə gecə uçuşu həyata keçirən hərbi helikopterlə əlaqənin kəsildiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Tunis Müdafiə Nazirliyindən bu barədə yazılı açıqlama verilib.

“Dünən axşam saatlarında Tunisin şimalındakı Bizerte əyalətinin Kab Sirat bölgəsində gecə uçuşu həyata keçirən helikopterlə əlaqə kəsilib” deyə bəyanatda qeyd olunub.

Açıqlamada helikopterin və onun 4 nəfərlik heyətinin vəziyyətinin müəyyən edilməsi üçün Daxili İşlər Nazirliyi ilə razılaşdırılaraq quruda, dənizdə və havada axtarış işlərinin başladıldığı bildirilib.

NOCOMMENT.AZ