“Dördlü görüşü”n  nəticəsi nə oldu?backend

“Dördlü görüşü”n nəticəsi nə oldu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada keçirilən Türkiyə-Rusiya-Suriya-İran dördtərəfli görüşdə Türkiyə-Suriya münasibətlərinin normallaşması sahəsində atıla biləcək konkret addımlar müzakirə edilib.

NOCOMMENT xəbər verir ki, Türkiyə-Rusiya-Suriya və İran arasında dördtərəfli görüşün ünvanı Moskva olub.

Görüşdən sonra Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, görüşlərin dörd formatda davam etdirilməsinin vacibliyi vurğulanıb.

Açıqlamada qeyd olunub ki, Milli Müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidan; Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu 25 aprel 2023-cü il tarixində Moskvada İranın müdafiə naziri Məhəmməd Rza Aştiani və Suriyanın müdafiə naziri Əli Mahmud Abbas və Rusiya, İran və Suriya Kəşfiyyat İdarəsinin rəhbərləri ilə görüşüb.

Görüşdə; Suriyada təhlükəsizlik vəziyyətinin gücləndirilməsi, Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması sahəsində atılacaq konkret addımlar, Suriyada hər cür terror təşkilatı və ekstremist qruplarla mübarizə, suriyalı qaçqınların öz torpaqlarına qaytarılması istiqamətində səylərin gücləndirilməsi müzakirə edilib.

Tərəflər Suriyanın ərazi bütövlüyünə hörmət etdiklərini təsdiqləyiblər. Konstruktiv şəraitdə keçən görüşün yekununda Suriyada və bütövlükdə regionda sabitliyin təmin edilməsi və qorunub saxlanması üçün kvadrat formatda görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.