DOST Agentliyində Moldova nümayəndə heyəti ilə görüş olubbackend

DOST Agentliyində Moldova nümayəndə heyəti ilə görüş olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Respublikasının Sosial Sığorta üzrə Milli Kassasının baş maliyyə şöbəsinin müdiri Yelena Kostinin başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

NOCOMMENT.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Onlara DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi izah edilib.

Moldova nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST konsepsiyası barədə məlumat verib. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyinin yaradıldığını və ötən müddətdə 7 DOST mərkəzinin açıldığını bildirib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub.

Qonaqlara izah edilib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 159 növ xidmət göstərilir. Həmin xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim edilir.

Görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanın DOST mərkəzləri modeli (konsepsiyası) Moldovada tətbiq ediləcək. İndiyədək DOST Agentliyi ilə Moldovanın Sosial Sığorta üzrə Milli Kassası arasında təcrübə mübadiləsi çərçivəsində müxtəlif tədbirlər, səfərlər təşkil olunub, işçi qruplarının görüşləri keçirilib.