Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) publik hüquqi şəxsi Gəncə Regional DOST və Protez-Ortopedik Bərpa Mərkəzinin qazlaşdırılması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 7 min 691 manat təşkil edirdi.
Ləğv edilmə səbəbi kimi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə istinad olunub. Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklif təqdim edən, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğundan tenderin keçirilməsi mümkün olmayıb.