DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilibbackend

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin növbəti iclası keçirilib.

DOST-un mətbuat xidmətindən NOCOMMENT.aza verilən məlumata görə, onlayn formada keçirilən görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə edilib.

İclasda bir neçə prosedur sənədi yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub. DOST Çağrı Mərkəzi 142 tərəfindən təqdim edilən daha iki sənəd layihəsi isə müzakirəyə çıxarılıb. Daha sonra Agentliyin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.