Bir müddətdir ki, əməliyyatlar zamanı çəkilən və sosial şəbəkələrdə paylaşılan videoların ardı-arası kəsilmir. Bu hallarla bağlı bəzi tədbirlər görülsə də yenə də görünür ki, bu halların qarşısı tam alına bilməyib.
Əməliyyat zamanı çəkilən bu tip videolar həm xəstənin həyatına təhlükədir, həm də xəstənin gizliliyinin qorunmaması halıdır. Bu dəfə isə belə bir video “Dost Estetik Mərkəzi”ndə çəkilib və sosial şəbəkədə paylaşılıb.
“Dost Estetik Mərkəzi”ndə icra olunan əməliyyatda tibb sanitariya və təhlükəsizlik qaydalarının pozulduğu görünür.
Görüntülərdən də məlumdur ki, ona əmanət olunan insan həyatını təhlükəyə atan həkim sanki əməliyyatda yox, əyləncədədir və görüntüdə xəstənin bütün bədən nahiyələri görünür.
“Pulla alınan sağlamlıq, yoxsa ölüm”?
NOCOMMENT.az bildirir ki, bu barədə jurnalist Pərvin Abışova öz feysbuk hesabında paylaşım edib.
“Bu qadının adı Abdullayeva Gülbədə Əlqismət qızıdır Əvvəllər saç ustası olub. İndi əməliyyat edir, olub Dr. Gülü. Onun diplomunu, lisenziyasını araşdırmaq aidiyyatı qurumlara qalır. Amma, narkozda olan qadını bu vəziyyətdə çəkib paylaşmaq həqiqətən cinayətdir. Əminəm ki, heç bir Azərbaycan qadını anlaqlı vəziyyətdə olduğu halda bu cür paylaşılmasına icazə verməz. “Dost Estetik Mərkəzi”ndə tezliklə vəkil olmayan vəkilləri, kəlməbaşı hamını sarı media adlandıran jurnalistləri, maklerləri, dəmir alverçilərini, jurnalist -taksi şoferini də Dr kimi görə biləcəksiniz”.
Məsələ ilə bağlı “Dost Estetik Mərkəzi”ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Mövzuya aid görüntüləri təqdim edirik: