“DOST İş Mərkəzi” məhkəməyə verilibbackend

“DOST İş Mərkəzi” məhkəməyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi” MMC məhkəmə verilib.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, “DOST İş Mərkəzi” MMC rəhbərliyini məhkəməyə verən tərəf isə Tağıyev Vüsal Zalan oğludur.

Vüsal Tağıyev məhkmədə MMC rəhbərliyi barəsində “Əmək mübahisələri – İşə bərpa, Əmək mübahisələri – Əmək haqqı tələbi” iddiası qaldırıb.

İşə Yasamal Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Firudin Qaçay oğlu Cəbrayılovdur. Onu da bildirək ki, ölkədə iş yerlərində belə mübahisələrin həllinə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) baxır. Görünür işçi eyni qurumdan narazı olduğundan müfəttişlik onun hüquqlarını qoruya bilməyib.