“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin elan etdiyi tender baş tutmayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, söhbət DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inzibati binasının dam örtüyünün əsaslı təmiri ilə bağlı satınalmadan gedir.
Müqavilənin ehtimal olunan dəyəri 78.773 manat olsa da, tender ləğv olunub. Rəsmi məlumata görə, səbəb satınalmada iştirak edən və tələb olunan lisenziya və icazəyə malik təchizatçıların sayının üçdən az olmasıdır.
Qanunun 36.2-ci maddəsinə uyğun olaraq, satınalma komissiyası prosedurun ləğv edilməsi barədə qərar qəbul edib.