Dostları Oqtay Əliyevin arzusunu gerçəkləşdirəcəklərbackend

Dostları Oqtay Əliyevin arzusunu gerçəkləşdirəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Mübariz Tağıyev verilişlərin birində mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin gələcək planlarından danışıb.

NOCOMMENT Axşam.az-ın məlumatına görə xəbər verir ki, Mübariz Tağıyev O.Əliyevin məşhur “Yeni ulduz” layihəsini yenidən etməyi planlaşdırdığını bildirib:

“Oqtay mənim üçün dost yox, həm də qohum kimi idi. Baxmayaraq ki, aramızda yaş fərqi var, bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq. Valideynlərimiz çox yaxın olublar. Yaş gedir, dostlarımı itirirəm. Oqtay mənə yaxın idi, gənc yaşda getməyi mənə təsir etdi. Dilarə nə haldadır… Anası, atasından danışmıram, necə bir vəziyyət yaranmışdı. Bunları gördüm, dəhşət idi.

“Yeni ulduz”dan danışmışdıq. Deyirdi ki, yeni formatda edəcəyəm. Bu layihəni başqa cür görürəm artıq. Çox danışmayacağam. Çünki biz dostları onun bu istədiyini həyata keçirəcəyik”.

Aparıcı Vüsalə Əlizadə isə mərhumla Aygün Kazımovanın ad günündə danışdıqlarını qeyd edib:

“Biz Aygün xanımın repertuarından mahnı oxuduq. Qayıtdı ki, bizim uşaqlar böyüyüb, necə gözəl performanslar göstərirlər. Dedi ki, Novruz bayramından sonra bunu edəcəyəm. Mütləq olacaq”.